BakıMoskva təyyarəsi Volqoqradda məcburi eniş edib


Digərləri 03 Yan 2020 17:37:00 112 0

BakıMoskva təyyarəsi Volqoqradda məcburi eniş edib

Rusiyanın "Aeroflot" aviakompaniyasının Bakı-Moskva marşrutu ilə hərəkət edən bir təyyarəsi cümə günü Volqoqrad hava limanına təcili eniş edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Volqoqrad hava limanından məlumat verilib.

Bildirilib ki, Bakı-Moskva marşrutu ilə hərəkət edən 1853 saylı "Aeroflot" reysi, 7:44-də (Volqoqrad vaxtı) sərnişinlərdən birinin halı pisləşməsi səbəbiylə Volqoqrad hava limanına təcili eniş edib.

Halı pisləşən sərnişin xəstəxanaya götürüldükdən sonra göyərtəsində 85 sərnişini olan təyyarə 8:55-də yenidən havaya qalxaraq təyinat yerinə uçub.

Son.az