Roza Qazaxıstanda təltif edildi


Şou-biznes 03 Yan 2020 15:54:00 204 0

Roza Qazaxıstanda təltif edildi

Müğənni Roza Zərgərli Qazaxıstanda "Qazaq Awards" mükafatına layiq  görülüb.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı "Almatı" arenanın səhnəsində "Hipnoz" mahnısını oxuyub. Zərgərli "Avroasiyanın yaxşı ifaçısı" nominasiyasında təltif olunub.

Qeyd edək ki, mükafatlandırma mərasimində türkdilli ölkələrin ən parlaq ulduzları çıxış edib.

Tədbir zamanı Roza adaşı, müğənni Roza Rımbayeva ilə görüşüb. O, həmkarına "Mənə bu adı sizin şərəfinizə qoyublar" deyib.