Azər Həsrət İlqar Məmmədovu 55 saylı Xaçmaz şəhər seçki dairəsinə çağırdı


Siyasət 03 Yan 2020 15:44:00 242 0

Azər Həsrət İlqar Məmmədovu 55 saylı Xaçmaz şəhər seçki dairəsinə çağırdı

"Ölkədə seçki prosesi sürətləndikcə, bəzi şəxslər bəzən imkanlarını aşan iddialarla çıxış edir. Bunların arasında ən diqqətçəkəni ReAl sədri İlqar Məmmədovdur. Adam bir müddət öncə iddia edirdi ki, YAP-ın ən güclü namizədinin dairəsindən seçkiyə qatılmaq üçün o partiyanın siyahısının açıqlanmasını gözləyir. YAP artıq bir həftədir ki, siyahısını elan edib. Lakin İlqar Məmmədov indi də başqa bəhanə uydurur."

Son.az bildirir ki, bu sözlər 55 saylı Xaçmaz şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş Əməkdar jurnalist Azər Həsrətə aiddir. O, İlqar Məmmədovun hələ də qarşı-qarşıya gəlmək üçün güclü namizəd tapa bilməməsini nəzərə alaraq sonuncunu öz dairəsinə dəvət edib.

"Əgər İlqar Məmmədov doğrudan da iddialı və özünə güvənəndirsə, buyursun, gəlsin, 55 saylı Xaçmaz şəhər seçki dairəsində yarışaq. Mən ondan fərqli olaraq bu dairəni seçərkən kimin namizəd ola biləcəyini ümumiyyətlə nəzərə almadan hərəkət etdim. Çünki özümə güvənirəm və istənilən namizədlə yarışmaqdan çəkinmirəm. İlqar Məmmədovsa gündə bir cəfəng iddia irəli sürərək rəsmən seçki yarışından qaçır", - deyə Azər Həsrət bildirib.

Son.az