Ayrıayrı bölgələr üzrə sabaha olan hava proqnozu açıqlandı


Digərləri 03 Yan 2020 15:47:00 257 0

Ayrıayrı bölgələr üzrə sabaha olan hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeroloji Proqnozlar Bürosu ayrı-ayrı bölgələr üzrə yanvarın 4-nə olan hava proqnozunu açıqlayıb.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında

Arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında

Gün ərzində arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3-7° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,

Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında

Arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.