Tahir və Cabir qardaşları Yeni ili Məkkədə keçiriblər?


Şou-biznes 03 Yan 2020 15:14:00 234 0

Tahir və Cabir qardaşları Yeni ili Məkkədə keçiriblər?

"Planet Parni iz Baku" komandasının məşhur üzvləri, Əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları Yeni ildə müqəddəs Məkkə şəhərini ziyarət etmələri barədə xəbərləri təkzib ediblər.

Tahir Və Cabir İmnaov qardaşları oxu.az-a açıqlamalarında Məkkədə üç il öncə olduqlarını bildiriblər:

"Hazırda biz Türkiyədəyik. Yeni ili Məkkəyə getməyimiz barədə yayılan xəbərlər yalandır. Çünki biz Məkkədə üç il öncə olmuşuq. 2017-ci ildə kimsə şəkli icazəsiz paylaşıb".

"Planet Parni iz Baku" komandasının məşhur üzvləri, Əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları yeni ildə müqəddəs Məkkə şəhərinə ziyarətə gediblər.

Məşhur yumor ustaları Məkkə ilə yanaşı Mədinə şəhərini də ziyarət ediblər.