“Sepah”a yeni komandir təyin edilib


Dünya 03 Yan 2020 15:08:07 130 0

“Sepah”a yeni komandir təyin edilib

“Qüds” gücünə yeni komandir təyin edilib

© tasnimnews.com

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” gücünün yeni komandiri briqada generalı İsmayıl Kaani olub.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə sərəncamı İranın ali lideri, silahlı qüvvələrin Ali Baş Komandanı Ayətullah Əli Xameneyi imzalayıb.

İ.Kaani sələfinin müavini vəzifəsində çalışırdı. Vaxtilə İran-İraq müharibəsində briqada komandiri kimi iştirak edib.

Xatırladaq ki, “Qüds”ün əvvəlki komandiri Qasım Süleymani Bağdadda ABŞ hava qüvvələrinin raket zərbəsi nəticəsində həlak olub.