Ailə həkimi seçimi ilə bağlı MÜƏMMA:


Digərləri 03 Yan 2020 14:50:00 262 0

Ailə həkimi seçimi ilə bağlı MÜƏMMA:

Uzun illərdir müzakirə mövzusuna çevrilən ailə həkimi məsələsi yenidən gündəmə gəlib. Gələn ildən icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar bütün şəhər və rayonlarda, eləcə də qəsəbə və kəndlərdə hər ailənin öz həkiminin olması nəzərdə tutulub.

Qeyd edək ki, ailə həkimi icbari tibbi sığortanın tərkib hissəsidir və sığortanın pilot layihə kimi tətbiq olunduğu Ağdaş, Yevlax, Mingəçevir rayonlarında artıq ailə həkimləri fəaliyyət göstərir.

Son.az bildiirr ki, mövzu ilə bağlı ilk olaraq Lent.az-ın suallarını cavablayan Azərbaycanın əməkdar həkimi, Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri, professor Mustafa Salihov bildirib ki, bu ildən etibarən Azərbaycan Tibb Universitetində (ATU) ailə həkimi ixtisası üzrə rezidenturaya qəbul keçirilib:

"Rezidentlər 2 il təhsil aldıqdan sonra müvafiq sənədlər veriləcək və onlar ailə həkimi kimi fəaliyyət göstərə biləcəklər.

Bildiyiniz kimi, artıq bir neçə rayonda ailə həkimləri fəaliyyət göstərir. Ailə həkimlərinin fəaliyyət göstərmələri üçün hazırda Bakıda, eləcə də digər şəhərlərdə müvafiq işlər gedir. Ailə həkiminin olmasının üstünlükləri çoxdur. Çünki həmin həkim ailə üzvlərinin bütün sağlamlıq barədə məlumatlarından, pis vərdişlərindən xəbərdar olur, eləcə də onların keçirdiyi xəstəliklər, habelə genetik xəstəlikləri də bilir.

Bununla yanaşı, ailə həkimləri uşaqlardan qocalara qədər hamıya baxa bilir, lazım gördüyündə onları digər mütəxəssislərə göndərir. Bunun sayəsində xəstəxanaya gedənlərin sayı da azalır və lazımsız müayinə, müalicələrin qarşısı alınır".

M.Salihov qeyd edib ki, ölkədə icbari tibbi sığortanın geniş tətbiq olunmasına başlandıqdan sonra ölkə ərazisinin bütün yerlərində ailə həkimləri yaradılacaq və bundan sonra hər şey müsbət yöndə dəyişəcək.

Professor, tibbi ekspert Adil Qeybulla isə bildirib ki, sovet dövründə olan sahə həkimlərinə bənzəri olaraq ailə həkimləri yaradılıb:

"Çoxumuza tanış olan sahə həkimi hər hansı bir xəstəliklə bağlı təyin olunduğu evə gəlirdi və xəstənin xəstəxanaya göndərilməsində, eləcə də digər məsələlərdə birbaşa rola malik idilər.

Ailə həkimi bütöv bir ailənin xəstəlik tarixçəsini tamamilə bilən və mənimsəyən bir həkimdir. Həmin ailə həkimi xəstəyə daha effektiv müdaxilə, lazım olan yerə göndərmək üçün çox vacibdir. Bununla bir çox xoşagəlməz halların qarşısı alınacaq".

Professor hesab edir ki, ailə həkiminin yaradılması sistemi düzgün qurularsa, çox effektli olacaq: