Nikolas Maduro: "Nefti petro vasitəsilə satacağıq"


İqtisadiyyat 03 Yan 2020 10:13:11 128 0

Nikolas Maduro: "Nefti petro vasitəsilə satacağıq"

"Venesuela neftini və qızılın bir hissəsini milli petro kriptovalyutası ilə satacaq".

"Venesuela neftini və qızılın bir hissəsini milli petro kriptovalyutası ilə satacaq".

“Report” “El Nacional”a istinadən xəbər verir ki, bu barədə ötən gün ölkənin Prezidenti Nikolas Maduro bildirib.

O deyib ki,Venesuela neftini petro ilə satacaq: "İndiVenesuelanın dəmirini, poladını petroya satırıq. Hazırda neft, polad, dəmir, alüminium ilə bağlı satış müqavilələrimiz var, hasil etdiyimiz qızılın da bir hissəsini petroya satacağıq”.

Yerli kriptovalyutanı xalqın gündəlik həyatında uğurla tətbiq etdiklərini diqqətə çatdıran dövlət başçısı ötən ilindekabr ayının təqaüdlərini, metro işçilərinin müavinətlərini məhz petro ilə köçürdüklərini söyləyib: “Sınaqlar uğurlu keçir”.

Qeyd edək ki, Prezident N.Maduro milli kriptovalyutanın tədavülə buraxıldığını 2017-ci ilin oktyabr ayında elan etmişdi. 2018-ci il fevralın20-dən satılan petronun qiyməti ölkədə hasil olunan neftin bir barelinin qiymətinə bağlıdır.