Rəsmi Tehrandan sərt bəyanat:


Dünya 03 Yan 2020 09:59:00 126 0

Rəsmi Tehrandan sərt bəyanat:

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Əl-Qüds" dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsini beynəlxalq terror aktı adlandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nazir Twitter səhifəsindəki açıqlamasında, həmçinin iranlı generalın qətlə yetirilməsinin bütün nəticələrinə görə məsuliyyətin ABŞ-ın üzərinə düşəcəyini qeyd edib.

Bundan əvvəl Pentaqon Bağdad beynəlxalq aeroportu rayonuna iranlı general Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən raket zərbəsi endirdiyini təsdiqləyib. Amerika Müdafiə Nazirliyinin mətbuat mərkəzi isə öz növbəsində, məlumat verib ki, əməliyyat ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən keçirilib.

İranlı generalın öldürülməsindən sonra ABŞ Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.