Xamneyi: ABŞ İran və onun müttəfiqlərindən qisas alır


Digərləri 03 Yan 2020 09:47:00 152 0

Xamneyi: ABŞ İran və onun müttəfiqlərindən qisas alır

ABŞ İraqdakı aviazərbələrlə İrandan və onun müttəfiqlərindən qisas alır

Bakı. Elnur Bağışov - ABŞ İraqdakı aviazərbələrlə İrandan və onun müttəfiqlərindən qisas alır. Trend-in məlumatına görə, bunu İranın ali lideri ayətulla Əli Xamneyi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsini şərh edərkən deyib. O bildirib ki, bunun səbəbi İŞİD terror təşkilatının məhv edilməsidir: “Biz görürük ki, amerikalılar İraq və Suriyada nələr edir. Onlar öz yaratdıqları və bəslədikləri İŞİD-in məhv olunmasına görə qisas alır”.