Yol Polisi sürücülərə bir daha müraciət etdi - Yollarda ehtiyatlı olun!


Digərləri 03 Yan 2020 09:35:00 152 0

Yol Polisi sürücülərə bir daha müraciət etdi - Yollarda ehtiyatlı olun!

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib

Bakı. Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib. Trend-in məlumatına görə, müraciətdə qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, 2020-ci il yanvarın 2-dən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Bununla əlaqədar olaraq yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən diqqətli olsunlar, sürət həddini şəraitinə uyğun seçsinlər. Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlamasını nəzərə alaraq, belə hava şəraitində kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər.