Almaniyada zoopark yandı: onlarla nadir meymun tələf oldu


Dünya 02 Yan 2020 16:03:00 147 0

Almaniyada zoopark yandı: onlarla nadir meymun tələf oldu

Almaniyanın Krefeld şəhərində zooparkda baş vermiş yanğın nəticəsində 30 meymun tələf olub.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın 2000 kvadratmetrlik ərazini əhatə edib.

Hadisə nəticəsində nadir oranqutanlar, şimpanzelər tələf olub. Yaxınlıqda olan qorillalara ziyan dəymədiyi deyilir.

İlkin ehtimallara əsasən, yanğına arzu tutmaq üçün havaya buraxılan şarlar səbəb olub. Polis hadisə yerində içərisində şamlar olan 3 şar tapıb.