Marşrut avtobusunda bıçaqlanma hadisəsi


Dünya 02 Yan 2020 16:06:00 152 0

Marşrut avtobusunda bıçaqlanma hadisəsi

Marşrut avtobusunda baş verən bıçaqlanma hadisəsi bir sərnişin tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, insident ötən ilin dekabrı ayının 31-də Moskva şəhərində ba. verib.

Kadrlarda avtobusda 2 nəfər arasında mübahisənin baş verdiyi və bir müddət sonra bir-birlərinə zərbə endirdikləri görülür. Daha sonra 3-cü şəxs üzərində gəzdirdiyi bıçaqla dava elədikləri şəxsi bıçaqlamağa başlayır.

Yerli medianın məlumatına görə, şəxs 13 yerindən bıçaq yarası alıb. Yaralı, sərnişinlər tərəfindən çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.