Almaniyada zoopark yandı: onlarla nadir meymun tələf oldu (FOTO)


Digərləri 02 Yan 2020 15:47:10 149 0

Almaniyada zoopark yandı: onlarla nadir meymun tələf oldu (FOTO)

Almaniyanın Krefeld şəhərində zooparkda baş vermiş yanğın nəticəsində 30 meymun tələf olub

Bakı. Almaniyanın Krefeld şəhərində zooparkda baş vermiş yanğın nəticəsində 30 meymun tələf olub. Trend-in məlumatına görə, yanğın 2000 kvadratmetrlik ərazini əhatə edib. Hadisə nəticəsində nadir oranqutanlar, şimpanzelər tələf olub. Yaxınlıqda olan qorillalara ziyan dəymədiyi deyilir.