Rulet salatının hazırlanması Usta öz sirlərini açır


Digərləri 02 Yan 2020 15:24:00 172 0

Rulet salatının hazırlanması  Usta öz sirlərini açır

Son.az lent.az-a istinadən bu dəfə sizi rulet salatının hazırlanması ilə tanış edir.

Ərzaqlar:

5 ədəd kartof, 4 ədəd yumurta, 250 qr toyuğun döş əti, 4 ədəd təzə xiyar, 50 qr qoz ləpəsi, 50 qr ərik qurusu, zövqə görə keşniş. Bəzək üçün, mayonez, nar, qarox, sari pendir zövqə görə.

Hazırlanma qaydası:

Əvvəlcə kartofu, yumurtanı, toyuğun döş ətini bişiririk. Sonra Kartofu sürtgəcdən keçirib salatı hazırlayacağımız qaba əlavə edib üzərinə mayonez vururuq. Daha sonra toyuğun döş ətini xırdalayıb əlavə edirik, üzərindən isə mayonez çəkirik. Sonra yumurtanı sürtgəcdən keçirib əlavə edib, üzərinə qozu xırdalayıb və ərik qurusunu tökürük. Sonra mayonez vurub, xiyarı və doğranılmış göyərtini əlavə edirik. Yenidən mayonez çəkib rulet şəkilində büküb soyuducuda 2-3 saat saxlayırıq. Soyuducudan çıxardıqdan sonra üzərini nar, qarox və pendirlə bəzəyib servis edirik.