Bərdədə çay evindən oğurluq olub


Sosial 02 Yan 2020 14:45:48 133 0

Bərdədə çay evindən oğurluq olub

Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərin Bakı küçəsində Elman Bağırova məxsus çay evində qeydə alınıb.

Belə ki, gecə saatlarında çay evinə daxil olan şəxs və yaxudda şəxslər oradan televizor, maye qaz balonu, modem və digər əşyalar oğurlayıb. Sahibkar oğurluq hadisəsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır