DYP: Avtomobilin tam dayandığını əmin olduqdan sonra yolu keçmək lazımdır


Sosial 02 Yan 2020 14:59:22 126 0

DYP: Avtomobilin tam dayandığını əmin olduqdan sonra yolu keçmək lazımdır

DİN Baş Dövlət Yol Polisi İdarəsi piyadavurma hadisələrinin sayının artmasından narahatdır.

DİN Baş Dövlət Yol Polisi İdarəsi piyadavurma hadisələrinin sayının artmasından narahatdır.

"Report"un xəbərinə görə, idarənin bununla bağlıaçıqlamasında qeyd olunub ki,müşahidələr son günlər vətəndaşların avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçməsi hallarının artdığını göstərir:

“Vətəndaşlarımıza bir daha xatırladırıq ki, yolun hərəkət hissəsini yalnız yeraltı və yerüstü keçıdlərdən və yaxud piyadalar üçün nəzərdə tutulmuş yerərdən keçmək lazımdır. Bununla yanaşı piyadalar yolu keçərkən mütləq şəkildə sağa-sola baxmalı, qış mövsümü ilə əlaqədar havanın tez qaralmasını nəzərə alaraq günün qaranlıq vaxtı üzələrində işıqqaytarıcı elementlər olan geyimlərdən istifadə etməlıdirlər. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, yolu mobil telefonla danışaraq keçmək,qulaqlıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə yolverilməzdir. Avtomobilin tam dayandığını əmin olduqdan sonra yolu keçmək lazımdır. Eyni zamanda sürücülərə müraciət edirik ki, piyada keçidlərini keçərkən diqqətli olsunlar, tələsməsinlər, piyada keçidində olan piyadaların yolu sərbəst keçmələrinə şərait yaratsınlar. Bundan əlavə, işıq cihazlarından düzgün istifadə etməyi, yolda sürət həddinə rıayət edərək, xüsusilə də günün qaranlıq vaxtlarında və yağmurlu hava şəraitində avtmobili minimum sürət həddi ilə idarə etməyı tövsiyə edirik”.

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkət iştirakçılarını “Yeni il” bayramı münasibəti ilə bir daha təbrik edir, onlara təhlükəsiz yol arzulayır: "Hər bir hərəkət iştirakçısı unutmamalıdır ki, ailə üzvləri onun yolunu gözləyirlər".