Hamının səcdə etdiyi yer və yaxud yeddi əsrdir


Kriminal 02 Yan 2020 14:12:00 86 0

Hamının səcdə etdiyi yer və yaxud yeddi əsrdir

Fəzlullah Nəimi həmin dövrdə çox müqəddəs hesab edilən bu pirdə dəfn edilir ki, kimsə məzarına toxuna biılməsin.

"Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm, surəti gör bəyan ilə, çünki bəyanə sığmazam" deyən İmadəddin Nəsiminin həyat və yaradıcılığında Fəzlullah Nəiminin böyük rolu olub. Bu il "Nəsimi ili" elan oldunduğu üçün bütün fikirlər, Nəsiminin həyat və yaradıcılığına yönəlib. Nəsimidən danışarkən isə onun ustadı olan Fəzlullah Nəimini unutmaq olmaz.

Son.az Sputnik Azərbaycan-a istinadən "Nəsimi ili" çərçivəsində Fəzlullah Nəiminin dəfn edildiyi məkandan - Naxçıvan şəhəri, Culfa rayonu, Xanəgah Abidələr Kompleksindən reportajı təqdim edir.

Kompleks məşhur Əlincə qalasının arxasında yerləşir. Uzaqdan Fəzlullah Nəiminin dəfn edildiyi türbənin günbəzi məkanın sirrlərlə dolu olduğu düşüncəsi yaradır. Türbə təmir edilib, kompleks yaradılıb. Burada təkcə Nəiminin deyil, digər iki nəfərin də başdaşı var. Girişdəki qədim kitabədə türbə haqqında məlumatlar yer alıb. Təmir işləri tarixə toxunulmadan çox incə şəkildə aparılıb. Türbədə hansı tərəfə baxsan, 7 əsrlik tarix yada düşür. Divardakı rəfdə Quran kitabı yer alıb. Qapıdan içəri girdyimiz zaman hər iki tərəfdə qədim başdaşı var. İki məzarın arasında keçib, otağa daxil olanda ortada Nəiminin məzarını görmək mümkündür. Ətrafda ötən yüzilliklrdən günümüzə qədər gəlib çıxan müxtəlif daş parçaları var.

Fəzlullah Nəimi - Fəzlullah bin Əbu Məhəmməd Nəimi Təbrizi hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof olub. Tarixi mənbələrə görə, Fəzl 1339-cu ildə (bəzi mənbələr 1340) indiki İran ərazisindəki Astrabadda (Qorqan) anadan olub.

O, XIV əsr Azərbaycan bədii fəlsəfi fikrinin görkəmli nümayəndəsi idi.

Həmin dövrdə hürifilik yerli xalqlar arasında böyük rəğbətlə qarşılansa da, bu cərayana qarşı çıxanlar da az deyildi. Fəzlullah Nəiminin cərəyanı sürətlə yayılırdı. Hürufilərə görə, Allahın xarici görünüşü insanda bəyan edilir və hər bir hissəcikdə Allah var. Nəimi öz əsərlərində ardıcıllarını üsyana səsləyirdi və onun dedikləri hakim dini cərəyanın diktə etdikləri ilə üst-üstə düşmürdü.

Fəzlin əsas əsərləri, o cümlədən "Cavidannamə" və yaxud "Cavidane-Kəbir", "Vəsiyyətnamə" Azərbaycanda qələmə alınıb. Bunlardan başqa onun "Məhəbbətnamə", "Ərşnamə", "İsgəndərnamə" və başqa əsərləri də var. Özünün son əsəri olan "Vəsiyyətnamə"ni də Fəzl Azərbaycan torpağında, edam olunmazdan əvvəl yazıb.

Fəzlin və onun yaratdığı təriqətin artan populyarlığı Əmir Teymuru (Teymurləng) ciddi narahat edirdi və artıq o, mövcud hakimiyyət üçün başağrısına çevrilmişdi. 1401-ci (bəzi mənbələrdə 1394-cü ildə) ildə Nəimi Əlincə qalasında edam edildi. Tədqiqatçılara görə, Nəimi Əmir Teymurun oğlu Miranşah tərəfindən edam edilir və bədəni müxtəlif parçalara bölünür. Nəiminin bədənin parçaları tərəfdaşları tərəfindən yığılır və Əlincə qalasının arxasında dəfn edilir. İddialara əsasən, hətta məzarın üzərində türbə inşa etmək üçün Əmir Teymurdan icazə də alınır.

Digər versiyaya görə isə, Nəiminin dəfn edildiyi yer XII-XIII əsrdə müqəddəs pirlərdən olub. Həmin dövrdə Nəiminin ardıcılları çox olduğu kimi, onu "kafir, bidətçi" adlandıranlar da çox idi. Onlar Nəiminin məzarını belə dağıtmağa hazır idi.

Məhz elə buna görə də, Nəimi həmin dövrdə çox müqəddəs hesab edilən bu pirdə dəfn edilir ki, kimsə məzarına toxuna biılməsin. Başqa bir versiyaya görə isə, ümumiyyətlə Nəimi burada dəfn edilməyib.

Qarşıya qoyulan vəzifələri uğurla icra edən sabitlik və inkişaf məkanı  Azərbaycan like
  • 02 Yan 14:09  
Siyasət Qarşıya qoyulan vəzifələri uğurla icra edən sabitlik və inkişaf məkanı Azərbaycan

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili

arrow Ətraflı
Qarşıya qoyulan vəzifələri uğurla icra edən sabitlik və inkişaf məkanı - Azərbaycan like
  • 02 Yan 14:05  
Digərləri Qarşıya qoyulan vəzifələri uğurla icra edən sabitlik və inkişaf məkanı - Azərbaycan

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu

arrow Ətraflı
Diqqət: Bu qidalar qocalmanı 10 qat sürətləndirir like
  • 02 Yan 14:00  
Digərləri Diqqət: Bu qidalar qocalmanı 10 qat sürətləndirir

Qidaların bədənimizə və sağlamlığımıza təsiri böyükdür.

arrow Ətraflı
Müdafiə naziri Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb like
  • 02 Yan 13:57  
Siyasət Müdafiə naziri Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

arrow Ətraflı
Saatlıda maşın vuran piyada xəstəxanaya aparılarkən ölüb like
  • 02 Yan 13:54  
Digərləri Saatlıda maşın vuran piyada xəstəxanaya aparılarkən ölüb

Saatlı rayon sakini M.Sarıyev “Mercedes” markalı avtomobillə yolu keçə

arrow Ətraflı
Alimlərdən böyük kəşf: like
  • 02 Yan 13:48  
Digərləri Alimlərdən böyük kəşf:

İnsanın qocalması bir neçə mərhələdə baş verir.

arrow Ətraflı
Bakıda klinika sahibinin oğlu gözətçini döyə-döyə öldürüb - TƏFƏRRÜAT - YENİLƏNİB like
  • 02 Yan 13:47  
Sosial Bakıda klinika sahibinin oğlu gözətçini döyə-döyə öldürüb - TƏFƏRRÜAT - YENİLƏNİB

Nərimanov rayonu ərazisində Bakı şəhər sakinini döyərək ölməsinə s

arrow Ətraflı
Xarici ölkədə müəllim işləyən azərbaycanlıların təbrik mesajı like
  • 02 Yan 13:45  
Digərləri Xarici ölkədə müəllim işləyən azərbaycanlıların təbrik mesajı

Dünyanın müxtəlif ölkələrində müəllim işləyən azərbaycanlılar xal

arrow Ətraflı
Müdafiə naziri Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb (FOTO) like
  • 02 Yan 13:45  
Digərləri Müdafiə naziri Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb (FOTO)

Müdafiə Nazirliyinin rəhbərliyi yanvarın 2-də Hava Hücumundan Müdafiə b

arrow Ətraflı
Zakir Həsənov Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb like
  • 02 Yan 13:43  
Siyasət Zakir Həsənov Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

arrow Ətraflı
Volqoqradda Şaxta Babayla qonaqlar dalaşdı like
  • 02 Yan 13:42  
Dünya Volqoqradda Şaxta Babayla qonaqlar dalaşdı

Rusiyanın Volqoqrad vilayətində Yeni İl şənliyində dava düşüb. 

arrow Ətraflı
Aviasərnişinlərin 3 ən sevimli məşğuliyyəti bu imiş like
  • 02 Yan 13:36  
Digərləri Aviasərnişinlərin 3 ən sevimli məşğuliyyəti bu imiş

Ucuz biletlərin axtarışı üzrə turist servisi səyahətçilər arasında so

arrow Ətraflı
Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı istiqamətində hansı işlər görülüb? like
  • 02 Yan 13:33  
Digərləri Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı istiqamətində hansı işlər görülüb?

Mədəniyyət Nazirliyinin 2019-cu ilin müəyyən edilmiş iş planına müvafi

arrow Ətraflı
Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib like
  • 02 Yan 13:30  
Digərləri Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı