Volqoqradda Şaxta Babayla qonaqlar dalaşdı


Dünya 02 Yan 2020 13:42:00 163 0

Volqoqradda Şaxta Babayla qonaqlar dalaşdı

Rusiyanın Volqoqrad vilayətində Yeni İl şənliyində dava düşüb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə animatorlarla yerli sakinlər arasında yaşanıb. 

Əvvəlcə bir gənclə Şaxta Baba rolunu oynayan şəxslər arasında başlayan münaqişəyə sonradan digərləri də qoşulub. Şaxta Baba kimi çıxış edən şəxslərdən biri mikrofon vasitəsilə meydana polisləri dəvət edib və davanı sakitləşdirməyə çalışıb.

Kütləvi hal alan davaya polislər müdaxilə ediblər, daha sonra şənlik davam edib.