Alimlərdən böyük kəşf:


Digərləri 02 Yan 2020 13:48:00 130 0

Alimlərdən böyük kəşf:

İnsanın qocalması bir neçə mərhələdə baş verir.

Son.az Axar.az-a istinadən bildirir ki, Stenford Universitetinin alimləri bu qənaətə gəliblər.

Alimlər 18 yaşdan 95 yaşa qədər olan 4263 nəfərin plazma zülallarını təhlil ediblər və onların quruluşlarında qeyri-xətti dəyişikliklər tapıblar.

Onlar qan plazması zülallarındakı əsas dəyişikliklərin şərti olaraq üç mərhələdə baş verdiyi qənaətinə gəliblər: 34, 60 və 78 yaşlarında.