Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib


Digərləri 02 Yan 2020 13:30:00 112 0

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub.

FHN-dən Son.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Son.az