Sabahın hava proqnozu açıqlanıb


Sosial 02 Yan 2020 12:51:56 121 0

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda&sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Azərbaycandasabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, yanvarın 3-dəBakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı gözlənilir.Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti,Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında isəyağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.