Sumqayıtda onkoloji xəstə özünü 5ci mərtəbədən atdı


Digərləri 02 Yan 2020 12:30:00 208 0

Sumqayıtda onkoloji xəstə özünü 5ci mərtəbədən atdı

Sumqayıt şəhərində məcburi köçkün intihara cəhd edib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Quluyev Rahil İsmixan oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onun onkoloji xəstə və yeni əməliyyat olduğu bildirilir. Ağrılara dözməyən 51 yaşlı kişinin özünü öldürməyə cəhd etdiyi deyilir. O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.