Növbəti ildən doktoranturaya qəbul qaydaları yeni əsasla həyata keçiriləcək


Digərləri 16 Dek 2019 17:46:00 102 0

Növbəti ildən doktoranturaya qəbul qaydaları yeni əsasla həyata keçiriləcək

Növbəti ildən doktoranturaya qəbul qaydaları yeni əsasla həyata keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Növbəti ildən doktoranturaya qəbul qaydaları yeni əsasla həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, yeni dəyişiklik əsasında doktoranturaya qəbulun ilkin mərhələsində namizədlərin beynəlxalq səviyyəli xarici dil imtahanlarının və ya Dövlət Imtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş formada verilən xarici dil imtahanının nəticəsi nəzərə alınacaq. Nazir hesab edir ki, XXI əsrdə gənc tədqiqatçılar beynəlxalq səviyyəli dillərdən birini mütləq şəkildə peşəkar formada bilməlidir və bu, doktoranturaya qəbul olunanlar qarşısında vacib şərt kimi qoyulmalıdır: "Düşünürəm ki, bu qərarın da müsbət nəticələrini yaxın illərdə görəcəyik. Eyni zamanda, zamanın dəyişikliklərinə uyğun olaraq, artıq ali təhsil müəssisələrinin daxilində doktorantura tədrisi prosesinin təşkili, məzmunun yenilənməsinə hər zaman yenidən baxılması olduqca vacib amillərdir. Bu istiqamətdə atılan bir sıra addımların icrası artıq ali təhsil müəssisələrinin professor və pedoqoji heyətindən asılıdır".