Bu il Bakıda 6791 şagird bir məktəbdən digərinə köçürülüb


Digərləri 16 Dek 2019 17:44:00 97 0

Bu il Bakıda 6791 şagird bir məktəbdən digərinə köçürülüb

Şagirdlərin elektron yerdəyişməsi nəticəsində bu il Bakıda 6791 şagird bir məktəbdən digərinə köçürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, 2019-cu ildən etibarən ilk dəfə olaraq ümumi təhsil müəsissələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib.

R.Tağıyev bildirib ki, bu il BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i isə gümüş medala layiq görülüb.