BDU əməkdaşlarına dövlət təltifləri təqdim edilib


Digərləri 16 Dek 2019 17:31:00 140 0

BDU əməkdaşlarına dövlət təltifləri təqdim edilib

BDU-nun 100 illiyi münasibətilə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

Bakı. İlhamə İsabalayeva - Bu gün ölkə Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919-cu ildə təsis edilən Bakı Dövlət Universitetinin ötən müddət ərzində keçdiyi şərəfli inkişaf yolundan, ölkədə ali təhsil sisteminin inkişafında, yeni elm və təhsil müəssisələri şəbəkəsinin formalaşmasında əvəzsiz rolundan söz açıb. Onun sözlərinə görə, bu il yubileylə əlaqədar çoxsaylı tədbirlər keçirilib. C. Bayramov universitetin yubileyi ilə bağlı təkcə ölkədə deyil, xaricdə də silsilə tədbirlər həyata keçirildiyini xüsusi diqqətə çatdırıb.