Bu il Bakıda 18 məktəb direktoru işdən azad edilib


Digərləri 16 Dek 2019 17:29:00 135 0

Bu il Bakıda 18 məktəb direktoru işdən azad edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə 2019-cu il ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu BŞTİ-nin müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, 13 direktorun iş yeri dəyişdirilib. 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.