"Afət məni o qədər söyüb ki, 1 aydır şikayət ərizəsini yığıbyığışdıra bilmirəm"


Şou-biznes 16 Dek 2019 17:14:00 137 0

"Afət məni o qədər söyüb ki, 1 aydır şikayət ərizəsini yığıbyığışdıra bilmirəm"

Xalq artisti Flora Kərimova ifaçı Afət Fərmanqızını məhkəməyə verir.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, sənətkar bu barədə ATV-nin "Ən yaxşısı" proqramında açıqlama verib:

"Mən yazıq peşiman oldum, Afətə bir söz dedim. Məni yıxdı, sürüdü. İki kəlmə söz deyib, mumlamışam. Afət danışır, mən cavab vermirəm. Sonra da mənimçün dedi ki, hürür-hürür, tuta bilmir. İndi siz deyin, mən neyləyim? Mən də götürdüm palaz boyda kağız, bunun bütün söyüşlərini yazdım ora. O qədər söyüb ki, 1 aydır ərizəni yığıb yığışdıra bilmirəm. 

78 yaşım var, hansısa bir söz deməyə həyat yolumla, sənətimlə, yaşımla ixtiyarım çatır. Artıq bu mərhələyə çatmışam. Afət, mən sənə nə dedim? Mən dedim ki, Nəsiminin qəzəlini bu musiqi ilə oxumaq olmaz. Çünki Nəsimi bu millətin dəyəridir.