Smilecard-la əsl bayram yaşayın!


Digərləri 16 Dek 2019 17:14:52 113 0

Smilecard-la əsl bayram yaşayın!

Expressbank sərfəli bayram alış-verişi üçün faizsiz Smilecard taksit kartını təklif edir.

Bakı. Bayram günləri yaxınlaşdıqca, hər kəs əzizlərini sevindirmək istəyir. Müştərilərini daim xoş əhval-ruhiyyədə görmək istəyən Expressbank, sərfəli bayram alış-verişi üçün faizsiz Smilecard taksit kartını təklif edir. Bankdan Trend-ə verilən məlumata görə, istər ölkəmizdə, istər xaricdə Smilecard-la istənilən satış nöqtəsində pos-terminal vasitəsilə ödəniş etmək mümkündür. Xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür və ödəniş qrafikı əlavə 6% və ya 12% komissiya ilə formalaşır. İllik faiz dərəcəsi isə 0% təşkil edir! Məsələn, 6 taksitli Smilecard-la 100 AZN-lik alış etdikdə 6 ay ərzində aylıq ödəniş cəmi 17,66 AZN təşkil edəcək. Bununla yanaşı həmin ödənişdən 30%-dək cashback qazanmaq imkanı da mövcuddur. Smilecard ilə ödənişi nəinki faizsiz, tam komissiyasız əldə etmək istəyənlər üçün də fürsət var! Bu imkan https://www.expressbank.az/cards/smilecard linkdə qeyd olunan tərəfdaş satış nöqtələrində keçən ödənişlərə şamil olunur. Smilecard-ın digər üstünlükləri sırasında kartın pulsuz verilməsi, 4 ilədək istifadə müddəti, pulsuz SMS məlumatlandırma xidmətini sadalamaq olar. Kartın onlayn sifarişi növbəti linkdən mümkündür: https://www.expressbank.az/loans/cash-loans