22 məktəbdə “Kiçik Akademiya”ların yaradılması ilə bağlı hazırlıq işləri görülür


Digərləri 16 Dek 2019 16:40:00 140 0

22 məktəbdə “Kiçik Akademiya”ların yaradılması ilə bağlı hazırlıq işləri görülür

Hazırda Bakıda 22 məktəbdə “Kiçik Akademiya”ların yaradılması ilə bağlı hazırlıq işləri görülür.

Bakı. İlhamə İsabalayeva - Hazırda Bakıda 22 məktəbdə “Kiçik Akademiya”ların yaradılması ilə bağlı hazırlıq işləri görülür. Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri (BŞTİ) Rəşad Tağıyev deyib. Onun sözlərinə görə, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. İstedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək təhsilin əsas hədəfləri kimi diqqət mərkəzində saxlanılır. Məktəblərdə fəaliyyət göstərən “Kiçik akademiya”lar yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi və onların müasir tədqiqat metodlarına yiyələnməsi məqsədlərinə xidmət edir. Hazırda BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir.