Ukrayna ikili vətəndaşlıq tətbiq etməyi planlaşdırır


Dünya 16 Dek 2019 16:09:30 156 0

Ukrayna ikili vətəndaşlıq tətbiq etməyi planlaşdırır

Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri: "Qanun layihəsi Ali Radada müzakirəyə çıxarılacaq"

Ukrayna hökuməti Ukrayna pasportu almaq üçün digər ölkənin vətəndaşlığından imtina etməyi tələb etməyən qanun layihəsi hazırlayır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri Maksim Sokolyuk məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsi Ali Radada müzakirəyə çıxarılacaq.

Nazir bildirib ki, ikili vətəndaşlıq bir növ Ukraynaya immiqrasiya proqramıdır.