Livanda baş nazir təyinatı ilə bağlı məsləhətləşmə təxirə salınıb


Dünya 16 Dek 2019 15:15:51 144 0

Livanda baş nazir təyinatı ilə bağlı məsləhətləşmə təxirə salınıb

Livan prezidenti Mişel Aun yeni baş nazirin təyini ilə bağlı məsləhətləşməni dekabrın 19-dək təxirə salıb.

Livan prezidenti Mişel Aun yeni baş nazirin təyinatı ilə bağlı məsləhətləşməni dekabrın 19-dək təxirə salıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, prezident bu addımı hökumət başçısı səlahiyyətlərini icra edən, baş nazir postuna namizəd Saad əl-Xəririnin istəyi əsasında atıb.

Bildirilib ki, həmin gün əl-Xəririnin rəsmi olaraq baş nazir kimi təqdim ediləcəyi gözlənilir. Bu posta iddialı olan iki nəfər namizədliklərinin geri götürüb.

Qeyd edək ki, bir neçə aydır Livanda müxalifətin etiraz aksiyası keçirilir. Onlar texnokrat hökumətin yaradılmasını tələb edirlər. Onların təzyiqi əsasında cari ilin oktyabrında əl-Xəriri istefa verib.