İstanbulda Behbud xan Cavanşirə abidə ucaldılıb


Siyasət 16 Dek 2019 13:03:08 122 0

İstanbulda Behbud xan Cavanşirə abidə ucaldılıb

​İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirin abidəsi ucaldılıb.

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirə abidə ucaldılıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, abidə Taksim səmtindəAzərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə İstanbul şəhər valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə dövlət xadimininqətlə yetirildiyi ərazidəqoyulub.

Abidənin rəsmi açılış mərasimidekabrın 18-də baş tutacaq.

Qeyd edək ki, B.Cavanşir 1921-ci il iyulun 18-də İstanbulda qaldığı “Pera Palas” hotelinin qarşısında"Daşnaksütyun” terror təşkilatının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirilib.

Vüsalə Abbasova