Çin diplomatlarının ABŞ-dan deportasiyası ilə bağlı sərt bəyanat verib


Dünya 16 Dek 2019 13:24:46 135 0

Çin diplomatlarının ABŞ-dan deportasiyası ilə bağlı sərt bəyanat verib

Çin diplomatlarının deportasiyası ilə bağlı ABŞ-a təqdimat verib

Çin hökuməti iki diplomatının ABŞ-dan çıxarılması ilə bağlı bu ölkəyə sərt bəyanat verib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qenq Şuangənənəvi brifinq zamanı bildirib.

“Bu ittihamlar gerçəkliyi kobud şəkildə təhrif edir. Biz Birləşmiş Ştatlara səhvlərini düzəldərək sözügedən qərardan daşınmağı, diplomatik əlaqələrə dair Vyana Konvensiyasının müddəalarına əməl edərək Çin diplomatlarının hüquqlarını qorumağı təkidlə tələb edirik”,- XİN sözçüsü vurğulayıb.

Xatırladaq ki, ABŞ hökuməti Çin səfirliyinin iki əməkdaşını daha əvvəl Virciniya ştatındakı Norfolk hərbi bazasına daxil olmaları üçün ölkədən çıxarıb.Diplomatdan birinin xüsusi xidmət əməkdaşı olduğu güman edilir. ABŞ KİV-nin yazdığına görə, çinli diplomatlar həmin bazanın təhlükəsizlik sistemini yanğın maşınından istifadə edərək dəf etmişlər.

ABŞ son 30 ildə çinli diplomatları casusluğa görə ölkədən çıxartmayıb.