Azərbaycan Ordusu bu ay 200 mindən artıq ağac əkəcək


Digərləri 16 Dek 2019 12:13:00 131 0

Azərbaycan Ordusu bu ay 200 mindən artıq ağac əkəcək

Dekabr ayının sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək

Bakı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ağacəkmə təşəbbüsünə qoşulan Azərbaycan Ordusunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib. Aksiya çərçivəsində ötən həftənin şənbə və bazar günləri ərzində birlik, birləşmə, hərbi hissələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatların ərazilərində müxtəlif növdə 40 min ağac əkilib. Aksiya başlayandan bu günədək isə bu say ümumilikdə 100 mindən artıqdır. Qeyd edək ki, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Ordusunda mütəmadi olaraq genişmiqyaslı yaşıllaşdırma işləri aparılır.