Gələn ilin mayında "Azərbaycan" adlı gəmibərə istifadəyə veriləcək


Digərləri 16 Dek 2019 12:09:00 124 0

Gələn ilin mayında "Azərbaycan" adlı gəmibərə istifadəyə veriləcək

Gələn ilin may ayında "Azərbaycan" adlı "RoPax" tipli gəmi-bərə istifadəyə veriləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, sözügedən gəmi-bərə ilə həm vaqon, həm yük, həm də 100 nəfərə yaxın sərnişinin daşınması mümkün olacaq:

"İnşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan "RoPax" tipli "Azərbaycan" bərə-gəmisinin gövdə hissəsinin inşası 100% başa çatıb. Unikal gəmi-bərənin uzunluğu 154,5 metr, eni 17,7 metr, sürəti 14 uzelə bərabər olacaq. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir. Heyət sayı 30 nəfərdən ibarət olacaq bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb".