ADRA-nın üç Regional İdarəsinin əməkdaşları Gəncəyə toplaşdı


Digərləri 16 Dek 2019 11:58:33 100 0

ADRA-nın üç Regional İdarəsinin əməkdaşları Gəncəyə toplaşdı

Ölkənin ikinci böyük şəhərində baş tutan tədbir Agentliyin Mərkəzi Aparatından gələn təlimçilər tərəfindən aparılıb.

Bakı. Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Şəki, Bərdə və Gəncə Regional İdarələrində çalışan əməkdaşlarının bir araya gəlməsinin səbəbi bütün ölkə üzrə aparılan təlimlərin növbəti toplantısı olub. Agentlikdən Trend-ə verilən məlumata görə, ölkənin ikinci böyük şəhərində baş tutan tədbir Agentliyin Mərkəzi Aparatından gələn təlimçilər tərəfindən aparılıb. Regional İdarələrdə çalışan əməkdaşlar dövlət qurumunun fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi aktlarda edilmiş dəyişikliklər və qüvvədə olan qanunvericilik aktlarının tələbləri barədə məlumatlandırılıblar. Əməkdaşların maarifləndirilməsi və bu bilgilərin regionlarda fəaliyyət göstərən sahibkarlara ötürülməsi məqsədilə keçirilən təlimlər bir sıra mövzuları əhatə edib.