Qusarda bir ailənin 8 üzvü zəhərləndi


Digərləri 16 Dek 2019 10:57:00 110 0

Qusarda bir ailənin 8 üzvü zəhərləndi

Qusar rayonunda bir ailənin 8 üzvü qidadan zəhərlənib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-da gecə saat 12 radələrində rayonun Qələcuq kəndində baş verib. Kənd sakinləri - 1963-cü il təvəllüdlü Ağaəfəndi Ağakişiyev, 1989-cu il təvəllüdlü Aygün Ağakişiyeva, Nəsibə Ağakişiyeva, bacı və qardaşlar - 9 yaşlı Lalə Ağakişiyeva Kamran qızı, 8 yaşlı Məhəmmədəli, 7 yaşlı Mədinə, 5 yaşlı Seyidəli, 1 yaşlı Şəfa evdə yedikləri qutabdan zəhərləniblər.

Onlar Qusar rayon xəstəxanasına müraciət ediblər. Ailə üzvlərinin vəziyyətləri normaldır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.