"Həmin müğənnilərə görə verilişlərə getmirəm"


Şou-biznes 16 Dek 2019 10:49:00 127 0

"Həmin müğənnilərə görə verilişlərə getmirəm"

"Radiolarımızın bir xüsusiyyətini çox bəyənirəm: İnstaqramda məşhurlaşan müğənniləri yayımlamırlar. Orada ancaq səviyyəli mahnı eşidirsən".

Son.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib. İfaçı İnstaqramda məşhurlaşan bayağı ifaçıları tənqid edib.

Sənətçi efirlərə gec-gec çıxmasının səbəbini açıqlayıb:

"Təəssüf ki, efirlərdən fərqli olaraq o cür müğənnilər efirlərə çıxırlar. Elə buna görə də hər verilişə getmirəm. Seçib efirə çıxıram".