Bakıda "Mersedes" yanıb


Digərləri 16 Dek 2019 09:24:00 110 0

Bakıda "Mersedes" yanıb

Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.