Salyanda yol qəzası olub, 2 nəfər xəsarət alıb
Sosial 16 Dek 2019 09:24:58 98 0
Salyan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Salyan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, yol qəzası zamanı iki nəfər xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az