Soyuq payız aylarında boğaz ağrısı haqqında (FOTO)


Digərləri 16 Dek 2019 09:30:00 126 0

Soyuq payız aylarında boğaz ağrısı haqqında (FOTO)

Boğaz ağrısı hər bir insana tanışdır, ən sağlam adam udarkən, danışarkən və istirahət zamanı belə boğazında narahatlıq, ağrı hiss edir.

Bakı. Boğaz ağrısı hər bir insana tanışdır, həyatımızda ən azı bir dəfə, hətta ən sağlam adam udarkən, danışarkən və istirahət zamanı belə boğazında narahatlıq, ağrı hiss edir. Trend-in məlumatına görə, tibbi statistika onu göstərir ki, daha tez-tez boğaz ağrısı uşaqlarda qeydə alınır. Bu, immun sistemindəki çatışmazlıqlar (tam formalaşmamış) səbəbindən xəstəliklərin inkişaf meylinin artması ilə əlaqədardır. Onu da qeyd etmək lazımdır ki, uşaqlar boğaz ağrısını əksər hallarda temperatur olmadan keçirirlər, əsas səbəb yenə də tam formalaşmamış immun sistemidir. Boğaz ağrıları ilə bağlı şikayətlər xüsusilə payız-qış mövsümündə artır. Boğaz ağrısının əsas səbəbləri. Udma zamanı xoşagəlməz simptomlar ən çox belə xəstəliklərlə rast gəlinir: virus infeksiyası (KRVİ), badamcıqların birinin bakterial infeksiyası (ən çox streptokokk mənşəli), kəskin faringit (allergik, zəhərli və ya alimentar mənşəli), xroniki faringit (kataral, dənəvər və ya atrofik formalı), nevrotik mənşəli ağrı, zəhərli maddələrlə boğazın və ya qırtlağın qıcıqlanması (siqaret tüstüsü, zərərli istehsal tullantıları və s.), termal və kimyəvi yanıqlar, xarici əşyaların daxil olması (balıq sümükləri, şüşə parçaları və s.), uğursuz cərrahi müdaxilələr (traxeotomiya və ya tonzilektomiya). Çox zaman boğazdakı ağrı xüsusilə də udma zamanı yaranan ağrıının əsas səbəbi virus və ya bakterial mənşəli infeksiyadır. Patoloji törədici, hava və ya məişət yolu ilə ağız-udlağın selikli qişasına daxil olur, orada məskunlaşır və aktiv həyat fəaliyyətinə başlayır. Tərləmə, ağrı, səsin dəyişməsi və öskürək görünüşü patogen flora tərəfindən böyümə və çoxalma zamanı əmələ gələn toksinlərin toplanmasını göstərir. Selikli qişanın mexaniki zədələnməsi və soyuqdəymə immuniteti zəiflədir, xəstəlik törədən bakteriyaların artıb çoxalmasına səbəb olur.