Filippində zəlzələ:


Dünya 16 Dek 2019 09:09:00 143 0

Filippində zəlzələ:

Filippində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində azı 37 nəfər xəsarət alıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bütün xəsarət alanlar Davao Del Sur əyalətində olub.

Daha əvvəl zəlzələ nəticəsində 16 yaşlı qızın həlak olduğu bildirilirdi.

Bildirilir ki, Davao Del Sur əyalətində elektrik enerjisinin verilməsində problemlər yaranıb. Zəlzələ həmçinin bir neçə binaya ziyan vurub.