Bakıda avtomobil 24 yaşlı gənci vurub


Sosial 16 Dek 2019 08:46:06 128 0

Bakıda avtomobil 24 yaşlı gənci vurub

​Bakıda avtomobil 24 yaşlı gənci vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda baş verib.

Qızıldaş qəsəbəsində avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Mustafayev Səbuhi Amil oğlunu vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.Müayinə zamanı ona bel və çanaq sümüklərinin əziyi diaqnozları qoyulub.

Qəzanın başvermə səbəbi araşdırılır.

Ramin Şahbazov