Meksikada həftə ərzində 12 polis əməkdaşı öldürülüb


Dünya 16 Dek 2019 04:26:28 102 0

Meksikada həftə ərzində 12 polis əməkdaşı öldürülüb

​Meksikada həftə ərzində 12 polis əməkdaşı öldürülüb

Son həftə ərzində Meksikada azı 12 polis əməkdaşı öldürülüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, son olaraq İrapuato şəhər polisinin əməkdaşı quldurların son qurbanı olub. O, mağazada güllələnib.

Ötən həftə ərzində Quanahuato ştatının Vilyaqran şəhərində də 7 polis əməkdaşı güllələnərək öldürülüb. O cümlədən İrapuato şəhərində 3, Leonedə və Selayedə asayiş keşikçiləri cinayətkarların hədəfinə çevriliblər.

Qeyd edilir ki, ilin başlanğıcından Meksikanın Quanahuato ştatı ərazisində 65-dən çox polis əməkdaşı öldürülüb.

Ştat bu il Meksikanın ən təhlükəli regionlarının siyahısına başçılıq edib.