Tramp impiçmentlə bağlı sorğunun nəticələri ilə razılaşmayıb


Dünya 16 Dek 2019 01:47:52 129 0

Tramp impiçmentlə bağlı sorğunun nəticələri ilə razılaşmayıb

​Tramp impiçmentlə bağlı sorğunun nəticələri ilə razılaşmayıb

ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalının Birləşmiş Ştatlar sakinlərinin 50%-dən çoxunun dövlət başçısının impiçmentini dəstəkləməsi ilə bağlı sorğusunun nəticələrini qeyri-dəqiq hesab edir.

"Report" xəbər verir ki, bu barədə Tramp özünün"Twitter"dəki səhifəsində yazıb.

"Fox News"un sorğuları, həmişəki kimi qeyri-dəqiqdir, güclü şəkildə demokratlara tərəf əyilirlər. Bu gülməlidir. 2016-cı ildə də belə idi. Onlar hər şeyi yanlış etdilər", - deyə ABŞ prezidenti bildirib.

Telekanalın saytında dərc edilmiş sorğunun nəticələrinə əsasən 50% respondent Trampın impiçment yolu ilə hakimiyyətdən kənarlaşdırılmasınıdəstəkləyir. Sorğuda iştirak edənlərin 4%-i impiçmentlə razılaşıblar. Lakin istefanın əleyhinə çıxıblar.

Respondentlərin 41%-i bildirib ki, onlar impiçmentə qarşıdır.