Günün qoroskopu: Gün məhsuldar sayılmasa da, çox yorucudur


Digərləri 16 Dek 2019 00:01:00 129 0

Günün qoroskopu: Gün məhsuldar sayılmasa da, çox yorucudur

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Ünsiyyətdə aktivlik artır, yeni tanışlıqlar mümkündür. Dost və qohumluq əlaqələri daha da möhkəmlənir. Günün ikinci yarısı münasibətlərdəki ahəngdarlıq pozulacaq, fikir ayrılıqları üçün xeyli səbəb yaranacaq. Maliyyə məsələləri, məişət problemləri ciddi narazılıq yarada bilər. Sükan arxasında uzaq səfərlərə çıxmaq məsləhət deyil.

Buğa - Günün əvvəlində sizə elə gələcək ki, uğur üzünüzə gülür və tezliklə nailiyyət qazanacaqsınız. Ancaq bir müddət sonra aydın olacaq ki, işlər, düşünüldüyü qədər də yaxşı deyil. Sizə birbaşa aid olmayan xeyli problemi həll etməli olacaqsınız. İrimiqyaslı layihələr üzərində işə başlamaq əvəzinə, cari işlərlə məşğul olun.   Günün ikinci yarısında kefiniz pozulacaq: yaxınlarınızın halına acımaq gərək. Sizin mənfi emosiyalarınızın qurbanları ən çox sevdiyiniz insanlardır. Düşünmədən dediyiniz sözlərə görə üzr istəməli olacaqsınız.

Əkizlər - Ciddi və məsuliyyətli iş görmək üçün elə də münasib olmayan, çətin gündür. Günün ilk yarısı diqqətinizi toplaya bilməyəcəksiniz. Heç nə alınmır, böyük səhvlər edir və bu səbəbdən əsəbləşirsiniz. Üstəlik, Əkizlər vacib qərarları təkbaşına verə bilmirlər, yaranmış şəraitlə bağlı yaxşı məsləhət verə biləcək insanlar isə yaxınlıqda gözə dəymir. Maliyyə çətinlikləri mümkündür: bunların öhdəsindən gəlmək olar, sadəcə, məsələyə düzgün yanaşmaq lazımdır. Bir çox Əkizlər bu gün bəzi ailə problemlərini yoluna qoya, qohumları ilə münasibətləri düzəldə bilərlər.

Xərçəng - Mənfi tendensiyaların güclü təsirinə baxmayaraq, səhər çağı müəyyən nailiyyətlər əldə edə bilərsiniz. Enerjiniz və sağlam düşüncəniz bütün işlərdə köməkçinizdir. Bunların sayəsində çətinlikləri aşa, səhvlərdən qurtula bilərsiniz. Ən çətin anlarınızda dostlarınız köməyinizə gələcəklər. Axşam isə bir qədər gərgin keçəcək. Mənəvi tarazlığınızı itirir, mənfi emosiyalarınızın təsiri altına düşürsünüz. Üstəlik, bu dövrdə sizi idarə etmək asanlaşır və çox güman ki, düşmənləriniz bundan istifadə etməyə çalışacaqlar.

Şir - Kütlə qarşısında çıxış məsləhət görülmür. Sövdələşmələr bağlamağa tələsməyin. Peşəkar və şəxsi məsələləri bir-birindən fərqləndirmək lazımdır. Şəxsi simpatiya və antipatiyanın iş yerində, iş yerinin problemlərinin isə evdə bir işi yoxdur. Sonradan böyük bir problemə çevrilə biləcək xırda xoşagəlməzliyi görmək həmişə mümkün olmur.

Qız - Sürprizlərlə dolu gündür. Hətta arzulamağa belə cəsarət etmədiyiniz işlər baş verir. Öz gücünüzə inanın - uğur qazanmaq üçün bu çox vacibdir. Darıxmağa imkan olmayacaq: işləriniz çox və hər biri özlüyündlə maraqlıdır. Qonaq qəbulu, təntənəli mərasimlərin təşkili üçün uğurlu gündür. Nəzərə almaq lazımdır ki, bu gün müstəqil hərəkət etməli, kimdənsə kömək gözləməməlisiniz. Yaşlı qohumlarınızdan birilə aranızda münaqişə yarana bilər. Əgər bu gün təmkinli olmasanız, kinayəli iradlar bildirsəniz, sonra peşman olacaqsınız.