Alimlər zəfəranın DAHA BİR FAYDASINI açıqladı


Digərləri 15 Dek 2019 23:55:00 165 0

Alimlər zəfəranın DAHA BİR FAYDASINI açıqladı

Alimlər dünyanın ən bahalı bitkilərindən biri olan zəfəranın depressiyaya qarşı effektiv mübarizə üsulu olduğunu açıqlayıb.

Son.az xəbər verir ki, Avstraliyada aparılan araşdırma depressiyanın müalicəsində zəfəranın müsbət təsirlərini üzə çıxarıb.

Murdok Universitetinin tədqiqatçısı Adrian Loprestinin sözlərinə görə, depressiyanın müalicəsində zəfəranı plasebo ilə birlikdə istifadə edən xəstələrdə simptonların orta hesabla 21-41 faiz azaldığı müşahidə olunub. Lopresti onu da qeyd edib ki, araşdırmada zəfəranın bir çox faydaları üzə çıxıb:

"Yuxu keyfiyyətini yaxşılaşdırır, ovqatı yüksəldir, həzz səviyyəsini qaldırır, gündəlik aktivliyi bərpa edir".