"Mançester Siti" səfərdə "Arsenalı" darmadağın edib


Digərləri 15 Dek 2019 23:48:39 153 0

"Mançester Siti" səfərdə "Arsenalı" darmadağın edib

İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində "Arsenal" "Mançester Siti"ni qəbul edib

Bakı. İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində "Arsenal" "Mançester Siti"ni qəbul edib. Trend-in məlumatına görə, "Mançester Siti" ev sahibi komandasını 0:3 hesabı ilə darmadağın edib. Oyunda qolları Kevin De Brüyne (2-ci və 40-cı dəqiqələr) və Rəhim Sterlinq (15-ci dəqiqə) vurublar. Qeyd edək ki, 17 turdan sonra "Mançester Siti" 35 xalla 3-cü yerdə, "Arsenal" isə 22 xalla 9-cu yerdə qərarlaşıb.