Uşağın beynini necə inkişaf etdirək?


Digərləri 15 Dek 2019 22:55:00 249 0

Uşağın beynini necə inkişaf etdirək?

Beyni inkişaf etdirməyin müxtəlif yolları var. Müəxəssislərin fikrincə, yaxşı olar ki, valideynlər uşaqlarının beyninin inkişafına kiçik yaşlardan başlasınlar.

Son.az axar.az-a istinadən bildirir ki, uşağın beynini inkişaf etdirəcək 5 möhtəşəm üsul mövcuddur:

- Onu video-lentə alın, əvvəl səsini dinlədin, sonra həmin görüntünü izlədin. Övladınızın beyin inkişafında bu misilsizdir. Bu videolarda o özünü seyr edərək, harada səhv olduğunu tədricən sezə biləcək. Məsələn, şeir söyləyəndə - daha gözəl necə edə biləcəyini özü görə biləcək.

- Mütaliə etməsinə və xəyal qurmasına şərait yaradın. Mütaliənin beyin inkişafında gördüyü işlərin həcmi inanılmazdır. Övladınız düşüncələri oxuyaraq, düşünməyi öyrənər. "Xəyallar elmdən üstündür" deyən Eynşteynə qulaq asaraq, onu da xəyal qurmağa sövq edin. Xəyal qurmaq uşaqda yaradıcı zəkanı inkişaf etdirir.

- Ondan hekayələr qurmasını istəyin. Övladınızın hekayələr danışması fərdi inkişaf baxımından əla fürsətdir. Ondan günün necə keçdiyini söruşun. Danışmaq beyni inkişafı etdirən ən əla üsuldur. Fkirlərini, duyğularını, istəklərini dilə gətirməkdə ürəkləndirilən uşaqların beyin inkişafı sürətlənir.